XX əsrdə mövcud olmuş totalitar rejimlərdə incəsənətin funksiyası haqda çox deyilib, çox bəhs edilib. Sakral ideya əsasında yaradılmış totalitar cəmiyyətdə istənilən incəsənət növü mütləq hakim ideologiyaya xidmət etməli idi. Burada hamımıza tanış olan “Ən vacib incəsənət növü” olan kino və ədəbiyyat, heykəltəraşlıq və memarlıq, ümumiyyətlə, təsviri incəsənət dominant rol oynayırdı.
Meyxana haqda son illər çox deyildi, çox danışıldı. Bu sənət növü haqda nə qədər tənqidi, rişxəndli, istehzalı, hətta bəziləri tərəfindən “bunun kökünü kazıma gərəkir“ kimi fikirlərə rəğmən, bu janrı sosial şəbəkələrdə gənclər tərəfindən ən çox bölüşülənlərə aid etmək olar. Görəsən, nədən belədir, niyə mahiyyətcə arxaik olan bu sənət növü ən
“Qarayev şəraitə, müxtəlif təsirlərə tabe olmayan, böyük formata malik, müstəqil inkişaf yolunu tutmuş bəstəkar idi. Bu, təsadüf olunan elə nadir hallardandır ki, təqdim olunmuş mükafat və titullar haqlı olaraq verilmişdi və Qarayevin bəstəkar kimi əhəmiyyəti ona verilən adlardan yüksək idi”. Alfred Schnittke Böyük bəstəkar, bizim üçün çox rahatca Dahi
Əslində bu yazıda elə lap öncədən – incəsənətin özü başdan-başa paradoksdur! – söyləmək olardı. Və bu da doğru olardı, çünki yüksək incəsənəti sırf əyləncə deyil, insanın daima dünyanın dərkinin cəhdi kimi qəbul etsək, lap kiçicik araşdırmada incəsənətin, incəsənət tarixinin hansısa məntiqi varsa belə, onun da paradokslardan ibarət olduğu qənaətinə gələrdik.