Doğma Ləkiyə Haçansa doğulub boya-başa çatdığım kənddən nələrsə yazmaq – oranın insan portretləri , gəzməli- görməli, mənim üçün ekzotik sayılacaq yerləri haqda mifik rəvayətlərdən bəhs edən hekayələr yaratmaq marağında olsam da, bu işlə ciddi məşğul olmamışam. Təbii ki, bura uşaq vaxtı, ikixətli on iki səhifəlik dəftərə yazdığım- balıq tutmaq üçün
Az qala özünəqədərki bütün fəlsəfə tarixini refleksiya etmiş, özündən sonrakı fəlsəfəyə isə yaxından – uzaqdan təsiri olan bir filosof kimi Nitsşe insan ruhunun xilası, onun əzəli ağrılarını müalicə üçün hansı perspektivləri vəd edə bilər? Ya da Uzaq Şərqdən başlamış praqmatizmin vətəni sayılan Amerikayadək haqqında qalaq-qalaq kitablar yazılmış özünüdərk və həyatın
Birinci yuxu : Amerika. Hündürmərtəbəli bina. Xəfif bir xoşbəxtlik duyğusu. Yuxuda fləşbək: Uşaqlığıma qayıdıram. Televizorda gördüyümüz xarici ölkələr; çimərliklər , əyləncə məkanları, sanki elə bu dəqiqə , bu an çıxıb getsəm oralara, hər şey gözəlləşəcək kimi bir duyğu bürüyür ruhumu. Və getmişəm . Budur : hər şeyin gözəl olduğu o
“Dı”, “di”, “du”, “dü” – Azərbaycan ədəbiyyatının məhək daşı, düşüncəmizin struktur nüvəsi. Ədəbiyyatımızdan ixtiyari bir nəsr əsərini götürüb ondakı feillərin sayına baxsaq təbii ki, feillərin sayı digər nitq hissələrinin sayına nisbətən daha çox olacaq. Bu da təbiidir, çünki istər dilin leksik bazası, istərsə də bədii əsərin təyinatı baxımından çox az