Bu soyuq yaz gecəsində başımı qaldırıb səmaya baxıram.Zülmətdə parıldayan ulduzu düşün. Göz qamaşdırıcı parlaqlığı olan ulduz. Bax belə bir ulduz dəyir gözümə. Əvvəlcə bir,iki,üç…daha sonra neçə-neçə belə ulduz qaranlığı yırtaraq çıxır ortalığa. Baxdıqca zövq alıram. Soyuq iliklərimə qədər işləyir. Səncə bu vecimədir? Əlbətdə ki, yox. Belə bir gözəllikdən gözlərimi məhrum
Gözlərini yumub yatmağa çalışdı. Amma nə qədər çalışsa da yata bilmədi. Gah o tərəfə, gah bu tərəfə çevrildi. Balışın yerini dəyişdi. Yenə yata bilmədi. Ayağa qalxıb su içmək üçün mətbəxə getmək istədi. Eyvana çıxanda yan otaqda yatan nənəsinin zarıltısını eşitdi. Otağa girib nənəsinin çarpayısına yaxınlaşdı. -Nənə -…. -Nənəcan, eşidirsən məni?
Bizim bağın axırı qəbiristanlığın başlanğıcı və meşə kimidir. Arakəsmə yoxdur. Ağaclar böyük və bir-birinə yaxın olduğundan qaranlıq olur. Elə ki payız gəlir, yarpaqlar tökülür, ağacların dibi onda işıq görür. Həmişə bağda oynayıram. Amma bağımızın bu hissəsi məni çox qorxudur. Yəqin qəbiristanlığa yaxın olduğu üçün. Bəlkə də çox qaranlıq olduğundan. Dəqiq
“Kitab evi”nin qarşısına çatanda saat 11:00 idi. Artıq yağış məni islatmışdı. Saçlarım islanıb üzümə yapışmışdı. Xardal rəngli paltomun çiyinləri islandığı üçün rəngi daha da tündləşmişdi. Çantamı eşələyib telefonumu çıxardım. Ona “Mən mağazanın qarşısındayam” yazdım. Göndər düyməsini basıb başımı qaldıranda onun mağazada bir kitabı maraqla vərəqlədiyini gördüm. İçəri girib, ona yaxınlaşdım.
Almanların Verden qalasına hücumu zamanı qalanı mühafizə edən 300 min fransız əsgərindən biri də mənim atam idi. Atamın müharibədən qayıtmaması həyatımzı daha da çətinləşdirmişdi. Anam qonşuların paltarını yuyaraq pul qazanırdı. Atamın yoxluğu bizə ən çox mənəvi cəhətdən zərbə oldu. Böyük şəhərdə yaşamaq çətin idi. Qadının ailəni idarə etməsi isə iki