Atam ikiqat olmuş halda anamın üzünə baxıb soruşdu: “Hansı otağa aparaq?” Mətbəxin qarşısında dayanan anam şəhadət barmağı ilə evin ən dalda uşaq otağını göstərib dedi: “Ora!” İlahi, ora sözü elə bil yekə bir daş olub başıma düşdü. Bu qadın özünəməxsus istedadı ilə həmişə arzularımın önünə keçməyi bacarırdı. Axı mən neçə
Ötən əsrin 20-ci illərin sonu səsin kinoya gəlişindən istifadə edən bir çox rejissorlar myuzikl, melodram və teatr tamaşalarına doğru istiqamətləndilər. Ancaq onların bu fəaliyyətləri uzun müddət davam etmədi. 1929-cu ildən başlayan və otuzuncu illərə qədər bütün dünyaya, eləcə də Fransa iqtisadiyyatına güclü təsir göstərən böyük iqtisadi böhranın, ictimai siyasi qarışıqlığın
Cəmiyyətdə dəlilərə, əqli qüsuru olan şəxslərə qarşı əzilmişlik sindromu daşıyan insanlar tərəfindən həmişə amansız münasibət olub. Bu sindromun daşıyıcıları nə zamansa təhqir olunan, alçaldılıb əzilən, xaraktercə zəif adamlar olurlar. Onlar ağıldankəm insanları ələ salmaqla özlərinə qarşı baş verən təhqirlərin əvəzini çıxaraq müəyyən dərəcədə rahatlıq və təskinlik tapırlar. Alçalmışlardan fərqli olaraq
Yeddi il əvvəl bitirdiyim universitetin yaxınlığında bir mağaza vardı. Mağazanın qapısının üstündə, çərçivədə qırmızı boyayla “Xatirə” sözü yazılmışdı. Qırmızı rəngi xatirələrə heç cür yaraşdıra bilmirdim. Keçmiş mənim gözümə həmişə ağ-qara rənglərdə görünürdü. Görünür, dükanın yiyəsi keçmişi bu günlə uzlaşdırmaq istəmişdi. Evdə çoxdandan yığılıb qalmış bir xeyli köhnə dəbli paltar vardı.
Dünən gecə ayaqlarımı sürüyə-sürüyə, yorğun-arğın bir az da deyinərək çarpayıya sərilib yatdığımı yaxşı xatırlayıram. Amma indicə, lap qulağımın dibində eşitdiyim səs həm yuxudan kənarda, həm də yuxunun içindədir. – Ana, bu yumurtalar donub! – … – Ana, eşidirsən, donub e, bu yumurtalar. İlahi, hansı yumurtalar, nə donmaq? Yuxulu düşüncələrimin qaranlığında