Dekabrın 12-si 1969-cu ildə Milan şəhərindəki Piazza Fontanada 13 nəfərin ölümü və 88 nəfərin yaralanması ilə nəticələnən bomba partlayışından sonra bir neçə anarxist və 41 yaşlı dəmiryolu işçisi, siyasi aktivist Cuzeppe Pinelli istintaqa cəlb olundu. Üç gün sonra həmin polis idarəsinin 4-cü mərtəbəsindən Pinelli “yerə düşdü”. 1971-ci ildə isə polis rəisi Luici Kalabresi və bir neçə iş yoldaşı bu cinayət işi üzrə məsuliyyətə cəlb olundu. Lakin anarxistin təsadüfən öldüyü sübut olunduğuna görə cinayət işi bağlandı.
Sol təşkilat Lotta Continua buna rəğmən Kalabresini günahkar kimi tanıdı və 1972-ci ildə o, solçular tərəfindən qətlə yetirildi. Lotta Continuanın keçmiş liderləri Adriano Sofri və Giorgio Pietrostefani Calabresiyə sui-qəsd hazırladıqlarına, üzvləri Ovidio Bompressi və Leonardo Marino isə aktı həyata keçirdiklərinə görə cəzalandırıldılar.
Bundan sonra İtaliya incəsənətində hadisəyə maraq artdı.
1972-ci ilin mayında Pyer Paolo Pasolini və Ciovanni Bonfantinin həmin hadisədən bəhs edən “12 Dekabr” sənədli filmi nümayiş olundu.
1970-ci ildə Dario Fonun yazdığı “Anarxistin təsadüfi ölümü” adlı iki pərdəli pyesi bu mövzuya həsr olunmuş ən məşhur əsər sayılır. XX əsrdə 40-dan çox ölkə teatrında nümayiş olunmuş əsər eyni zamanda dramaturqun tanınmış pyeslərindən biridir.
İtalyan anarxist rəssamı Enriko Bay-ın 1972-ci ildə hazırladığı “Anarxist Pinellinin cənazəsi” adlı rəsm əsəri.
“La ballata del Pinelli” – ifaçı Joe Fallisi.
Bu hadisələrə bir də 2012-ci ildə qayıdıldı. İtalyan rejissoru Marco Tullio Giordana “Piazza Fontana: İtaliyan konspirasiyası” filmini çəkdi.