“IN-SHADOW – A Modern Odyssey” müasir Qərbin qaranlıq tərəfini araşdırır; Tutqun atmosferi və kəskin təsvirləri ilə tamaşaçıları dövrün kölgəsi ilə qarşılaşmağa dəvət edir.
Lubomir Arsovun quruluş verdiyi animasiyada bəşəriyyətin beşikdən-qəbirə məruz qaldığı hər cür istehsal-istehlak mexanizminin qlobal gücün və hökmdarların hakimiyyəti altında necə formalaşdığının mənzərəsi canlandırılmışdır. Təhsil, qidalanma, media, dəb, əyləncə, texnologiya, siyasət, terrorizm və emosional-psixoloji zəifləmiş insanların idarəetməsini itirərək kütlə manipulyasiyasına adaptasiyasından bəhs edən filmdə insanlıq kiçik qiyamət gününü yaşayır.