Meksikalı sürrealist rəssam Frida Kahlo yaşadığı dövrün, yəni 1930-cu illərin qadınlarından fərqli görünürdü. Qalın qaşları bir tərəfə qalsın, Paris və Nyu Yorkdakı tədbirlərə və sərgilərə kəndli bluzaları ilə qatılırdı. İşləməli və farbelalı bu bluzalar cəlbedici idi. İllər ötdükcə daha özünəməxsus və daha cazibəli bir üslub formalaşdırmışdı. Aksesuarları, donları, ətəkləri, bluzaları, hətta büstqalterləri ilə belə Madonnadan Gwen Stefaniyə, hətta Jean Paul Gaultier kimi dizaynerlərə qədər bir çox adama iham mənbəyi olmuşdu.