Giya Kançeli 1935-ci ildə Tbilisidə doğulmuş gürcüstanlı bəstəkardır. Uzun müddət Belçikada yaşayan bəstəkar 2019-cu ilin oktyabr ayında Tbilisidə vəfat edir.
İyirmi il Tbilisidə Rustaveli Teatrının musiqi direktoru vəzifəsində çalışmışdır. Burada çalışdığı illər ərzində gürcü teatr rejissoru Robert Sturuanın bir çox tamaşalarının bəstəkarı olur. Rustaveli teatrının rejissoru Robert Sturua ilə birlikdə “Yaşayanlar üçün musiqi” əsərini bəstələyir və 1999-cu ilin dekabr ayında Veymar Milli Opera Teatrı üçün əsəri yenidən səhnələşdirir.
Giya Kançeli “Xanuma”, “Mimino”, “Kin-dza-dza!” kimi bir-çox sovet filmlərinin, həmçinin Vaqif Mustafayevin “Milli bomba” filminin də bəstəkarıdır.
Onun “Abii ne viderem” adlı bəstəsini Jan Lui Qodar 2014-cü ildə “Dilə əlvida” filmində istifadə etmişdir.