Ledi Qaqa portretlərinin premyerası 2013-cü ilin oktyabr ayında Luvr Muzeyində amerikalı teatr rejissoru və rəssam Robert Vilsonun “Qonaq otağı” adlı fərdi sərgisi çərçivəsində baş tutmuşdu. Vilson ХХ əsrin sonu XXI əsrin əvvəli avanqard teatrının böyük ustalarından sayılır.
Luvr kolleksiyasındakı rəsmlərdən və Ledi Qaqa ilə gözəllik, işgəncə, sağlamlıq və qavrayış haqqında söhbətindən ilhamlanan Robert Vilson Jan Avqust Dominik İnqrenin “Madmazel Karolin Rivier” (1806), Jak Lui Davidin “Maratın ölümü”(1806) və Andrea Solarinin “Müqəddəs vəftizci Conun başı”(1507) adlı portretlərini yenidən yaratmışdı.
Seriyanın son portreti “Uçmaq” isə digər portretlərə əks-nöqtə olaraq yaradılıb.
Robert Vilson hətta müsahibələrinin birində – “Bu qadın mətni avtomat kimi oxuyur, tələffüzü mükəmməldir. O Medeya olmalıdır! O konsentrasiyaya və gücə sahibdir. Meril Strip bunu edə bilər ? Ya da Nikol Kidman, ya da Madonna? Heç əmin deyiləm.” – deyib.
İştirakçı: Ledi Qaqa
Konsepsiya və quruluş: Robert Vilson
Musiqi: Michael Galasso
Prodakşn: Dissident Industries, Inc., Lumen Arts