Fransız rəssamı Jorj Dyumenil de Latur ( 1593 — 1652) XVII əsrin karavacizm üslubunda işləmiş rəssamlarından biridir.
Onun yaradıcılığı ölümündən sonra unudulub və bir də 1940-cı illərdə xatırlanıb.
Laturun yaradıcılığına sərt həndəsi kompozisiya və dini hisslərin gərginliyi xasdır. Daha çox Karavacconun manerasında işləyən rəssam, təsvirlərindəki gecə səhnələrində yeganə işıq mənbəyini bir qayda olaraq, şamla ifadə edib. İncildəki personajları isə kəndli və yoxsul libasında çəkib.
Onun yaradıcılğı üçün tipik əsərlər “The Newborn Child”, ”Adoration of the Shepherds”, “Saint Sebastian Tended by Saint Irene” və digərləridir.

“The Newborn Child”
Rəssamın məşhur əsərlərindən biri “Magdalene with the Smoking Flame”dır. Əsərdə Məcdəlli Məryəm masa arxasında, qayğılı təsvir olunub. Masada isə kitab və onun özünü vurması üçün qamçı görünür. Qadın sol əlini çənəsinə dayayıb. Sağ əlini isə dizlərindəki kəllə skeletinə qoyaraq fikirli halda, otaqda yeganə işıq mənbəyi olan şama baxır.
İlk baxışda qadında sakitlik və hüzur duyulur. Lakin diqqətlə nəzər yetirəndə onun hamilə olduğunu sezmək olar. Və bundan sonra seyrçi qadının gərginliyini duyur.
Burada əsas ziddiyyət həyatla və ölümün qarşıdurmasıdır. Kəllənin qadının qarnı ilə eyni səviyyədə çəkilməsi özünün və bətnindəki körpənin həyatına olan təhlükə anlamına gəlir. O, ölümü yoxsa yaşamağı seçib-seçməməyi düşünür. Çox güman ki, əlini kəlləyə qoymaqla o, ölümü seçir.

“Adoration of the Shepherds”
Ziddiyyət eyni zamanda rənglərlə verilir. Qara faciəni, ağ saflığı, qırmızı ehtirası, eyni zamanda qanı ifadə edir. Qəhvəyi rəng isə pessimist əhval yaradır. Şamın şöləsi isə günəşi, həyatı ifadə edir. Bu da qadının içindəki mübarizəyə işarədir.
Ümumiyyətlə isə, əsər həssasiyyət və tənhalıqla yüklənib.
Karavacizm XVI əsrin sonu barokko dövründə Romada meydana gəlmiş üslubdur. Üslubun yaradıcısı Karavacco və onun davamçılarıdır. Bu üsluba naturanın dəqiq təsviri, predmetlərin realist boyanması xasdır. Kölgə və işıq fiquru kontraslı işıqlandıraraq ön plana çıxarır. Bundan başqa əsərdə dramatizm güclü olmalıdır, hətta süjet özlüyündə adi olsa belə.

“Magdalene with the Smoking Flame”