Flamand rəssamı Piter Paul Rubens (1577 —1640) barokko üslubunun parlaq nümayəndələrindən biridir.
Barokko italyancada “yöndəmsiz”, “qüsurlu”, portuqalcda “kələ-kötür mirvari” mənasını verir. XVII-XVIII əsrlədə Avropa mədəniyyətində renessans və klassizm arasında mövcud olmuş cərəyanın əsas mərkəzi İtaliya idi. Rəəsamlıqda barokko dinamizmi, parlaq rəngarəngliyi, dəbdəbəli, təmtəraqlı, tosqun, iri forması ilə xarakterizə olunur.
Rubensin yaradıcılığı Breygelin realizm ənənələrinin və Venesiya məktəbinin qarışığıdır. Dini motivli rəsmlər üzrə ixtisaslaşan Rubens həmçinin, mifoloji və alleqorik məzmunlu süjetlər, portretlər (hərçənd, ömrünün son illərində bu janrdan imtina elədi), peyzaj və tarixi mövzuda əsərlər çəkirdi. Onun təsvirlərində işıq və kölgə keçidləri yumşaqdır, kölgələr soyuq tonlarla işlənib. Rənglərin xüsusi intensivliyi duyulur. Arxa planları tünd, tutqun boyalı, ön planlar isə parlaqdır. O, çoxsaylı fiqurları teatral səhnə mzianlarına uyğun qururdu, kompozisiyalar dinalmikliyi və bütövlüyü ilə seçilir.
Rubens dini motvili rəsmlərdə çılpaq bədənləri bir qayda olaraq, tərəddüdsüz çəkirdi. “Qiyamət günü” əsərində saysız çılpaq personajların tanrıya doğru uzanmış əlləri tağa oxşar görüntü yaradır. Rəssamın yozumunda insan bədənləri nə italyan məktəbində olduğu kimi əsmər, nə flamand ənənəsindəki kimi ağ tonlardadır. Burda bədən çəhrayı, kəhrəba rənginin qammaları ilə həllini tapıb. Mifoloji və alleqorik rəsmlərdə bu tendensiya daha da güclənir. Çılpaq təsvirlər tarixi və ya metafizik mənalardan uzaqdır.
İnsan bədəninə Rubensin özünəməxsus yanaşma tərzi vardı. Kişiləri həmişə güclü, enlikürəkli, əzələli, tarıma çəklimiş və əzabkeş kimi təsvir edirdi. Qadınları isə yumşaq, tosqun (“Üç Qrasiya”) formada işləyidi. Onun qadın təsvirləri təbiətin bir parçası kimi təsəvvür yaradır və onlara müəllifin nikbin baxış hiss olunur. Bəzi mütəxəssislərin fikrincə, Rubens qadın çılpıqlığını çox ifadəli çəkirdi.
İntibah dövrünün bütün janrlarını, texnikasını mənimsəyən Rubens dövünün universal rəssamı idi. Personajları hərəkətdə olan rəssamın kompozisiya həlləri müxtəlif (diaqonal, ellips, spiralvarı) idi.
Van Qoqa görə, Rubensin dini rəsmləri həddən artıq teatral, rənglər vasitəsilə ovqat ötürə bilməsi isə heyrətamizdir. Pikasso isə müsahiblərindən birində deyirdi ki, Rubens faydasız istedaddır, çünki əsərlərində şəri istifadə edir.
London Milli Qalereyasında saxlanılan “Samson və Dalila” (1609) İncil epizodlarından birinə istinad edir. Həmin əhvalatda qədim İsrail tayfalarından birinə aid olan Samson fələstinlilərə qarşı mübarizə aparmış qəhrəmandır. Və onun bütün gücü saçlarında idi. Dalila adlı qadına aşiq olan Samson ona gücünün sirrini açır. Samson yuxuda olarkən saçları kəsilir, o, fələstinllətə təslim edilir və gözləri kor edilir.
Rubensin əsərində Samsonun Dalilanın dizlərində yuxuya getməsi və saçlarının kəsilməsi əks olunur.
Əhvalata dini məna verməyən rəssam qəhrəmanları tarixi şəxsiyyət rakursundan işləyir. Əsas səhnə dörd personajdan ibarətdir: Samson, Dalila, onun saçlarını kəsən fələstinli və dini rəvayətdə adı keçməyən vasitəçi qarı.
Rubens hadisəni bordeldə təsvir edir. Dalilanın qırmızı paltarı ehtirasa və sonrakı qanlı hadislərə işarədir. Arxa fonda onu kor edəcək əsgərlər dayanıb. Taxçada isə Roma məhbbət ilahəsi və məhəbbət allah Erosun heykəlciyi görünür. Veneranın başının azca aşağı əyməsi Dalilanın pozasının eynisidir.