“Şeir, istəsə də qurucu ola bilməz; o yıxıcıdır, yalnız üsyan edəndə həqiqi olur”.
William Blake
“Toplar gumbuldayarkən, əllər, ayaqlar havada uçuşur… qurbanların iniltiləriylə, qurban edənlərin nərələri bir-birinə qarışır. İnsan xoşbəxtlik arxasınca qaçır… Hə, yaşasın inqilab! Deyirəm; yaşasın sökülmə! Yaşasın əzab! Yaşasın ölüm! Dediyim kimi.”
Charles Baudelaire
“Sürrealizm, əslində gizli ölüm dərnəyinə girməyinizi təmin edəcək… Son arzunuz və vəsiyyətiniz üçün lazımlı işləri unutmayın: Şəxsən öz adıma, cənazə maşını ilə qəbirstanlığa köçürülməyimi tələb edirəm.”
André Breton

Jan van Eyck “Qiyamət günü” tablosundan parça
“Oyanın! Oyanın! Sizi şiddətlə dolu bir dirçəlişə, alovlu anarxiyaya çağırıram.”
Ekspressionist manifesti
“Terrorçuların qazandığını romançılar itirir. Onların kütlə şüuruna təsir etmə faizləri, bizim duyğu və düşüncə formalaşdırıcıları kimi itkimiz deməkdir. Onların təmsil etdiyi təhlükə, bizim təhlükə mövzusundakı uğursuzluğumuzdur.
Terroru nə qədər dəqiq görürüksə, sənətdən bir o qədər az təsirlənirik.
Bekket bizim hisslərimizi və dünyagörüşümüzü formalaşdıran son yazıçı idi. Ondan sonra bütün iş hava partlayışlarına və çökən binaların üzərinə düşdü. Yeni faciə nəqli budur.”
Don DeLillo

Umberto Boccioni “Nizəli süvarilərin hücumu”