Şair Rasim Qaraca “Xəz paltolu Madonna” haqqında fikirlərini Facebook profilində bölüşüb:
“Bu gün Sabahattin Alinin “Xəz paltolu Madonnası”nı oxuyub tamamladım. Həyatımdakı bir boşluğu beləcə doldurmuş oldum. Usta bir yazardır, türk ədəbiyyatının romantik üslubda yazan korifeylərindən biridir. Psixioloji müşahidələri, təsvir ustalığı, ədəbi dilinin çox zəngin olması heyrətə layiqdir. Azərbaycan ədəbiyyatında ona bərabər bir yazarımız yoxdur deyə bilərəm. Lakin, S.Alinin dili Türkiyədəki dil islahatına qədərki tərkibdədir, daha çox müasir Azərbaycan dilinə uyğun gəlir, nəinki çağdaş Türkiyə türkcəsinə. Buna görə də, tam haqlı olaraq, ona bizim yazarımız deyə bilərik. Və bizim gənc ədəbiyyatımızın S.Alidən öyrənəcəyi çox şeylər vardır düşüncəsindəyəm.”