Məhəmmədin dublyoru
Müsəlmanlar üçün Məhəmmədin adı din ilə o qədər yaxından bağlıdır ki, Hz. İsa, onların cənnətdə Məhəmmədi canlandıran biri tərəfindən idarə olunmalarını əmr etmişdir. Bu tapşırığı həmişə eyni adam yerinə yetirməz. Bir dəfə yer üzündəki həyatında Əlcəzairlilər tərəfindən əsir alınan və müsəlman olan bir Saksoniyalı bu tapşırığı yerinə yetirirdi. Əvvəllər xristiyan olduğu üçün onlara İsadan danışmağa və onun Hz.Yusifin yox, Tanrının oğlu olduğunu aşılamağa çalışdı. Bununla da tapşırığın ondan alınması qərarı alındı. Məhəmmədin nümayəndəsinin səlahiyyətləri yalnız müsəlmanların görə biləcəyi məşəl alovu ilə əhatələnmişdir.
Quranı yazan əsl Məhəmməd, ona inananlara artıq görünmür. Mənə əhvalat olunanlara görə, ilk başlarda onlara rəhbərlik etmiş, ama Allah kimi idarə etməyə çalışdığına görə işindən azad olunaraq cənuba göndərilmişdi. Pis ruhlar bir qrup müsəlman icmasını Məhəmmədi Allahla əvəz etməsi üçün təhrik etdilər. Məhəmməd torpağın dərinliklərindən narahatlıqları sakitləşdirmək üçün gətirildi və onlara göstərildi; bu vasitəylə onu mən də gördüm. Müdriklikdən məhrum idi. Sıradan ruhlara bənzəyir, üzü isə çox qaranlıq idi. Bu dediklərini eşitdim: “Sizin Məhəmmədiniz mənəm”. Sözlərini bitirdikdən sonra yenidən torpağa qarışaraq yoxa çıxdı.
Emanuel Swedenborg
Vera Christiana Religiodan
Elmin qüsursuzluğu barədə
“…Bu İmperatorluqda xəritəçilik sənəti o qədər mükəmməl idi ki, bir əyalətin xəritəsi bütün şəhərin ərazisini, imperatorluğun xəritəsi isə bütün əyaləti tuta bilirdi. Zaman içində bu detallı xəritələr bəyənilmədi və Xəritəçilik Məktəbi imperatorluqla birə-bir eyni ölçüdə olan bir İmperatorluq Xəritəsi yaratdı. Belə ki, xəritə hər nöqtəsinə qədər gerçək imperiyaya bənzəyirdi. Xəritəçilik peşəsinə ciddi yanaşmayan sonrakı nəsillər bu böyüklükdə xəritənin lazımsız olduğuna qərar verdilər və bir az da hörmətsizlik edərək onun günəş və yağışın altında xarab olmasına imkan verdilər. Qərb çöllərində xəritənin cırılmış parçaları bugünün özündə də bir heyvana ya da hansısa dilənçiyə daldalanacaq olur; Coğrafiya elmindən bütün dünyaya qalan yeganə şey budur. ”
J.A.Suarez Miranda – Tərifə Layiq Adamların Səyahətləri (1658)
Mənbə: Xorxe Luis Borxes – “Alçaqlığın bəşəri tarixi”
Tərcümə: Taleh Rəcəbli, Emin Əliyev