“Buna arabayla dovşan tutan urus deyərlər” El dilində belə bir təsbit nitəliyində zərbül-məsəlimiz var. Açığı, mən bu məsəlin açılışını bilmirəm. Hər zərbül-məsəlin bir süjeti, ön tarixçəsi və buna görə də daşıdığı bir semantika, vurğu saldığı bəlli məqam var. Məsəlin süjeti ritorik olaraq müraciət edilən mətləbdə bir mahiyyətə işarə edir və
Birinci yuxu : Amerika. Hündürmərtəbəli bina. Xəfif bir xoşbəxtlik duyğusu. Yuxuda fləşbək: Uşaqlığıma qayıdıram. Televizorda gördüyümüz xarici ölkələr; çimərliklər , əyləncə məkanları, sanki elə bu dəqiqə , bu an çıxıb getsəm oralara, hər şey gözəlləşəcək kimi bir duyğu bürüyür ruhumu. Və getmişəm . Budur : hər şeyin gözəl olduğu o
İl 2003. ABŞ Xarici İşlər Naziri Kolin Pouel ölkəsinin İraqla savaşının qaçılmaz olduğunu BMT-də elan edir. Bundan sonra Pouel və BM Təhlükəsizlik Şurası nümayəndələri mətbuat konfransı üçün ayrılmış hola keçirlər. Televiziyalar mətbuat konfransını Pouel və digər nümyəndələrin mavi bir pərdənin qarşısında dayandıqları şəkildə nümayiş etdirir. Bəs pərdənin arxasında nə vardı?
“Rahat evi və xoş xasiyyəti olan yaraşıqlı, ağıllı və zəngin Emma Vudhaus dünyanın ən böyük nemətlərinə sahib sayılırdı, onu üzəcək və ya dərdə salacaq heç bir şey olmadan bu dünyada təxminən 21 il yaşamışdı. Çox şəfqətli və tolerant atanın iki qızından ən kiçiyi idi, bacısının ərə getməsindən sonra tezcə evin
Əvvəla, yazını oxumağa başlayanlara xatırladım ki, o bizim Nietzsche sevgimizi araşdırmaq məqsədi ilə yazılmayıb. Başlığa “Nietzsche”nin adını çıxarmağım müəyyən qədər şərti xarakter daşıyır. Nietzsche, Azərbaycanda ən çox oxunan filosofdur və dünya filosoflarının, azərbaycanlıların düşüncə tərzinə uyğun xarakterizə oluna bilən Qitə – Kontinental qütbünə mənsubdur. Yazıda aydınlaşdırmağa çalışacağım məsələ, oxumasaq da,
Yunan mifologiyasında Sizifin əbədi cəzası barədə məlumatım var. Daşı dağın başına qaldırır, zirvəyə çatanda daş aşağı yumbalanır. Yenidən yuxarı qaldırmalı olur. Yenidən zirvədə eyni şey təkrarlanır. Daimi narahatlıqla bağlı da nəsə cəza olmalıdır. Bəlkə də yanlış bilirəm. Yoxdursa o cəzanı Olimp tanrıları bizim müxalif sektora verib. Ağlım kəsəndən müxalifəti narahat
(Maradona üçün) İnsanlar “qızıl dövr”ü xərcləyib qurtarıblar. İndi dünyanın yenidən və bəlkə də əbədi (ürəyi) DAŞ dövrüdür. Bütün qüvvəsini, sevgisini bir-birini didib-parçalamağa, bir-birinə mane olmağa xərcləmiş insanlar “Red Bull” içib, enerji yığmaq istəyirlər. Zamanın dilini bilməyən Qara Qitənin adamları “Heyyy adamlar, biz də sizinlə eyni dünyada yaşayırıq!” deyə bilmədiklərindən
Nazlı Əmirova Yuxu və qarabasmaları ilham mənbəyinə çevirən sürrealizm XX əsrdə belə bir tendensiya vardı – yeni yaranan bütün sənət cərəyanları indiyə kimi mövcud olan kanonları sındırır, qeyri-ənənəvi metodla, reallıqla əlaqəsi olmayan yeni üsulla formalaşırdılar. Yuxular, qarabasmalar, daxili qorxular, şüuraltı hiss və həyəcanlar sanki modern dünyanın sənət istiqamətlərinə ilham verirdi.
Veronika Serbinskaya Metamodernist ədəbiyyat yolunda Metamodernizm: problemin təyin edilməsi XXI əsr cəmiyyətin və mədəniyyətin inkişafında yeni epoxaya qədəm qoyur ki, bu da mövcud konsepsiyaların yenidən qiymətləndirilməsinə və yeni baxışların formalaşdırılmasına gətirib çıxarır. Yeni doğulan bu dünyagörüşü, ovqat artıq “post-postmodernizm”, “altermodernizm”, “dijimodernizm” kimi adlar almışdı. “Metamodernizm” anlayışı öz universal və hərtərəfli
Xavier Marias – Vilyam Folkner at belində Folkner haqqında ədəbiyyatın dəbdən düşmüş əfsanənəsi belədir ki, o, “Döşəyimdə ölərkən” romanını çox çətin şəraitdə, özü də cəmi altı həftəyə yazıb: gecələri mədəndə işləyərkən, tərs üzünə çevrilmiş bir kömür vaqonunun üstünə səpələdiyi kağız-kuğuza tozlu mədənçi kasketindəki fənərin ölgün işığı düşürmüş. Bu köhnə-külüş əfsanənin