“Milli” sözünə “musiqi” sözü qədər güclü və gözəl anlam verən başqa söz tanımıram. Toplam 7 notun olmasına, alətlərin ölkədən ölkəyə, bölgədən bölgəyə, mədəniyyətdən mədəniyyətə keçməsinə və mənmsənilməsinə baxmayaraq, musiqi hər yerdə millidir. Uzun müddət öz dövləti olmadan yaşamış toplumlarda musiqi, dil və ədəbiyyatla yanaşı, millətləşməni gerçəkləşdirən bir amilə çevrilir. Təsadüfi
1970-ci illərdə İngiltərədə ksenofobiya və irqçilik şiddətlə artmaqda idi. Dövrün bəzi pank qrupları konsertlərində irqçi pərəstişkarlarının olduqlarının fərqinə vardılar və hərəkətə keçdilər. Beləliklə, bundan sonra “İrqçiliyə Qarşı Rock” anlayışı doğuldu. Siyasətçilər tərəfindən nifrət nitqinin istifadə olunduğu təlatümlü dövrümüzdə “White Riot” sənədli filminə baxmaq və o günləri xatırlamaq yaxşı bir seçimdir.
Sitar virtuozu Ravi Şankarın anadan olmasından yüz il sonra, onun hind klassik raqa musiqisinin meditativ olaraq yenidən kəşf edilməsi koronavirus böhranı dövründə rezonans doğurdu. Koronavirus böhranı dövründə bir çox insanın yaşadığı tənhalıq, hindistanlı sitar əfsanəsi Ravi Şankarın tez-tez bölüşdüyü bir hissdir. 1977-ci ildə musiqiçi, “Bu qədər sevgi gördüm, amma yalnızlığım
Onları sayırdıq, öz kiçik kəndimizin səmasında. Mavi alaqaranlıq bir gecədə ulduz sayırmış kimi. Quyruqlu ulduzlar kimi uçuşurdular başımızın üstündən. Hələ arzularımız böyüməmişdi. Biz, o kiçik kəndli uşaqlar xoşbəxt ola bilmək üçün arzulara ehtiyac duymayacaq yaşlarda idik. O kiçik kəndin səmasında ilk top gülləsindən sonra biz – o kiçik kəndli uşaqlar
“Dəmir Pərdə”nin enməsindən on il sonra, Estoniyanın müasir musiqi səhnəsi gizli saxlanılan sirr kimi yavaş-yavaş üzə çıxdı: yaxın vaxtlara qədər nisbi qaranlıqda yaşayan Estoniya bəstəkarlarının çoxu, xüsusən ilk dünya şöhrətli eston bəstəkarı Arvo Pyart (Arvo Pärt) dünyanın diqqət mərkəzinə gəldi. Estoniyada sənət musiqisi ənənəsi XX əsrdə inkişaf etmiş fenomendir. Milli
XX əsrdə mövcud olmuş totalitar rejimlərdə incəsənətin funksiyası haqda çox deyilib, çox bəhs edilib. Sakral ideya əsasında yaradılmış totalitar cəmiyyətdə istənilən incəsənət növü mütləq hakim ideologiyaya xidmət etməli idi. Burada hamımıza tanış olan “Ən vacib incəsənət növü” olan kino və ədəbiyyat, heykəltəraşlıq və memarlıq, ümumiyyətlə, təsviri incəsənət dominant rol oynayırdı.
Meyxana haqda son illər çox deyildi, çox danışıldı. Bu sənət növü haqda nə qədər tənqidi, rişxəndli, istehzalı, hətta bəziləri tərəfindən “bunun kökünü kazıma gərəkir“ kimi fikirlərə rəğmən, bu janrı sosial şəbəkələrdə gənclər tərəfindən ən çox bölüşülənlərə aid etmək olar. Görəsən, nədən belədir, niyə mahiyyətcə arxaik olan bu sənət növü ən
“Qarayev şəraitə, müxtəlif təsirlərə tabe olmayan, böyük formata malik, müstəqil inkişaf yolunu tutmuş bəstəkar idi. Bu, təsadüf olunan elə nadir hallardandır ki, təqdim olunmuş mükafat və titullar haqlı olaraq verilmişdi və Qarayevin bəstəkar kimi əhəmiyyəti ona verilən adlardan yüksək idi”. Alfred Schnittke Böyük bəstəkar, bizim üçün çox rahatca Dahi
Balkan musiqisi daxilindəki mədəni çeşidlilik və özünəməxsus enerjisi ilə xarakterik quruluşa malikdir. Qarışıq ritm və duyğu sıxlığı ehtiva edən musiqi ənənəsi xalq oyunlarından təsirlənib. Həmçinin, bir çox Balkan ölkəsinin ənənəvi geyimi, oyunları, dilləri bir-birinə oxşardır. Balkanlar Anadolu və Mərkəzi Avropa arasında mədəni keçid nöqtəsidir. Əsrlər boyu Osmanlı imperiyasının müstəmləkəsi altında
Əslində bu yazıda elə lap öncədən – incəsənətin özü başdan-başa paradoksdur! – söyləmək olardı. Və bu da doğru olardı, çünki yüksək incəsənəti sırf əyləncə deyil, insanın daima dünyanın dərkinin cəhdi kimi qəbul etsək, lap kiçicik araşdırmada incəsənətin, incəsənət tarixinin hansısa məntiqi varsa belə, onun da paradokslardan ibarət olduğu qənaətinə gələrdik.