Soyuq idi. Çox soyuq. Gecə-gündüz atapleniyaları yanan evdə qoca titrəyirdi. Yox, yox üşümürəm, mən üşümürəm. Əlini alnına apardı, qızdırmam da yoxdur, ev soyuqdur, ev, keçirdi fikrindən. Ucadan, daha da ucadan deməyə çalışdı. Səsi sinəsində ilişdi. Dünən, evdəkilər birdən-birə dağılışanda, günortadan sonra idi. O vaxtdan bəri yanına heç kim gəlməmişdi, səs-səmir
Bizim qəsəbədəki kitabxana Azərbaycana oxşayır. Həqiqətən, əgər dünyadakı bütün kitabxanalar bir ölkəyə çevrilsəydi, bizim qəsəbədəki kitabxana Azərbaycan olardı. Əbəs yerə onu Azərbaycana bənzətmirəm. Onu təsvir etməyə, orada başıma gələn hadisələri danışsam siz də mənimlə razılaşacaqsız: “bu ki, Azərbaycanın kitabxana formasıdır ” Azərbaycana oxşayan kitabxananı onuncu sinifdə kəşf eləmişəm. “Kəşf eləmişəm”
Andrey Tarkovskinin 1986-cı ildə Tomas Consona verdiyi müsahibədən maraqlı hissələri təqdim edirik. Nikbinlikdən, bədbinlikdən danışmaq axmaqlıqdır. Bunlar mənasız məfhumlardı. Üzərlərinə nikbinlik yorğanı çəkənlər bunu siyasi və ya ideoloji əsaslarla edirlər. Əslində isə nə düşündüklərini bildirmək istəmirlər. Nikbinin mövqeyi ideoloji olaraq fırıldaqçılıqdır; teatraldır, səmimiyyətdən məhrumdur. Ümid isə əksinə daha insanidir,
(gecikmiş hekayələr silsiləsindən) Gecə yarıdan keçsə də, İsmayıl yata bilmirdi. Bir tərəfdən qazmanın soyuğu, rütubəti, o biri tərəfdən sabahkı döyüşün həyəcanı İsmayılın bədəninə üşütmə salmışdı. Yatmaq mümkün deyildi. Sabah onun komandiri olduğu batalyon çox ağır döyüşə girəcəkdi. Bu lənətə gəlmiş müharibə nə vaxt qurtaracaq? Nə qədər vuruşmaq olar? Ürəyinə dolan
“Dəmir Pərdə”nin enməsindən on il sonra, Estoniyanın müasir musiqi səhnəsi gizli saxlanılan sirr kimi yavaş-yavaş üzə çıxdı: yaxın vaxtlara qədər nisbi qaranlıqda yaşayan Estoniya bəstəkarlarının çoxu, xüsusən ilk dünya şöhrətli eston bəstəkarı Arvo Pyart (Arvo Pärt) dünyanın diqqət mərkəzinə gəldi. Estoniyada sənət musiqisi ənənəsi XX əsrdə inkişaf etmiş fenomendir. Milli
A. xanım yuxusunda bir bəhanə axtarırdı, tutarlı bir şey tapmırdı. Saçları tərdən başına və balınca yapışmışdı. Yuxusunda iş yoldaşı F. xanım əlindəki köynəyi necə olursa-olsun ona satmaq istəyirdi. “Xoşuma gəlmir”, “Mənim ölçüm deyil” kimi arqumentlər F. xanımın vecinə də deyildi. F. xanım görünməmiş bir inadla “Sən geyin!” deyirdi, başqa bir
Beynəlxalq sosialist hərəkatı liderlərindən olan Jean Jaurès deyirdi ki, inqilab proqresin barbar üsuludur. “Winter on Fire”(“Atəşdəki qış”) sənədli filmi Ukrayna xalqının proqres naminə 2014-cü ildə etdiyi tarixi inqilabdan bəhs edir. Barbar da olsa hər hansı proqres, inkişafa meyilli dəyişiklik zərurəti yaranıbsa, həmin inqilab çibanı mütləq partlamalıdır. Bugünə kimi dünya çoxsaylı
“Xilas olmadım ki; Şərəfimin lazım bildiyi kimi, 19 noyabr,1918-ci ildə beynimə bir güllə sıxdım; mən ölüyəm, içimdə yaşayan mən deyiləm.O gündən bu yana “mən” deyə bir şey bilmirəm… Mən millət üçün öldüm. Bu səbəbdən içimdə yaşayan hər şey yalnız millət üçün yaşayır. Etməli olduğum şeyi edirəm, çünki hər gün ölürəm.
İtalyan rəssamı, İntibah dövrününü əhəmiyyətli ustalarından biri Sandro Bottiçelli ( 1445 – 1510) Florensiya rəssamlıq məktəbinin nümayəndəsidir. Bottiçelli rəssamlığı erkən italyan intibahının ustalarından biri Filippo Lippidən öyrənib, freska təsvirinin texnikasını, ornamental detalları və incə koloriti mənimsəyib. Sonra heykəltəraş və rəssam Andrea Verrokyonun Florensiaydakı emalatxanasına daxil olaraq burda, gənc Leonardo da
“Tarkovski xəyali məkanlarda bir lunatik əminliyi ilə hərəkət edərək heç nə izah etməz. Xəyallarını rabitə vasitələrinin ən çətini, həm də ən arzulanan formasıyla görüntüyə çevirə bilən müşahidəçidir. Mən bütün həyatım boyu onun böyük bir təbiiliklə dolaşdığı, girib çıxdığı qapıları yumruqlayıb dayandım. Lakin bu qapılardan içəri süzülməyi bir neçə dəfə bacara